Gürcüstanda daşqınların miqyası böyüyür - YENİLƏNİB

Gürcüstanda daşqınların miqyası böyüyür  - YENİLƏNİB
# 10 may 2019 14:54 (UTC +04:00)

Gürcüstanın Kaxeti rayonunun Telavi bələdiyyəsi ərazisində baş verən daşqının miqyası böyüyür. Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Xidməti gücləndirilmiş iş rejiminə keçib.

ONA-nın Gürcüstan Bürosunun xəbərinə görə, Telavi üzrə millət vəkili Gela Samxarauli bildirib ki, hadisənin miqyası genişlənməyə davam etdiyindən dəyən zərərin miqyasını indidən təxmin etmək mümkün deyil: "Daşqın davam edir. Bölgədəki başqa bir çay da təhlükə yaratmağa başlayıb. Əkin sahələri su altında qalıb. Hazırda daha böyük tələfatın qarşısını almaq üçün əraziyə texnika cəlb edilib". – deyə Gela Samxarauli bildirib.

Şiddətli yağış səbəbindən daşan Qanıx çayı isə Babaneuri, Argoçi, Mağrani kəndlərini və Pankisi dərəsində yerləşən yaşayış məntəqələrini təhlükə altında qoyub. Evlərin birinci mərtəbəsi və daxili yolların su altında qaldığı bildirilir.

Pankisi dərəsində Yoxadan kəndinə aparan körpünün istifadəsi isə tam məhdudlaşdırılıb.

Xatırladaq ki, analoji hadisə ötən gün Nekresi dərəsində də baş verib. Sürüşmə nəticəsində dağdan ayrılan torpaq kütləsi çay yatağını bağladığından Çiatura-Saxhere yolunu su basıb.

***

13:10

Şiddətli yağışlar Gürcüstanın Kaxeti rayonunun Telavi bələdiyyəsinə tabe olan Lexuri kəndini su altında qoyub.

ONA-nın Gürcüstan bürosunun xəbərinə görə, yatağını tərk edən çay bir neçə istiqamətdə kəndə axıb.

Hadisə nəticəsində elektrik xətlərinin və Tuşeti istiqamətində olan magistral yolun sıradan çıxdığı bildirilir.

Çayın daşmasının Pankisi dərəsində yerləşən yaşayış məntəqələrində də problemlərə yol açdığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR