DTX-də “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib

DTX-də “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib
# 04 may 2018 16:16 (UTC +04:00)

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasındakı “Şöhrət” muzeyində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib.

DTX-nin İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, tədbirdə Akademiyanın rəhbərliyi, müəllimləri və kursantları, Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, ASAN könüllüləri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvü olan gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra “Şöhrət” muzeyi ilə tanışlıq olub. Muzeyin konfrans zalında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən musiqili video-kompozisiya nümayiş olunub.

“Dəyirmi masa”da Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələri barədə geniş məlumat verilib, Heydər Əliyevin anadan olmasının 95 illiyinin Azərbaycan xalqı tərəfindən böyük sevgi və təntənə ilə qeyd edildiyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, respublikanın etibarlı gələcəyinin təminatı naminə Heydər Əliyevin azərbaycançılıq, vətənpərvərlik və dövlətçilik irsi gənc nəsil tərəfindən dərindən mənimsənilməlidir. Aidiyyəti dövlət orqanlarının və ictimai təşkilatların bu sahədə gördükləri işlər təqdirəlayiqdir.

Çıxış edən gənclər prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın qüdrətlənməsi, tərəqqisi və təhlükəsizliyi istiqamətində aparılan uğurlu siyasətin dönmədən və qətiyyətlə həyata keçirilməsində daim ön sırada olacaqlarını, ölkəmizi bundan sonra da hər cür məkrli qəsdlərdən qorumaq uğrunda Ali Baş Komandanın ətrafında daha da sıx birləşəcəklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR