Bakıda iki bitişik birmərtəbəli ev yanıb

Bakıda iki bitişik birmərtəbəli ev yanıb
# 21 mart 2018 07:04 (UTC +04:00)

Bakıda iki bitişik birmərtəbəli ev yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 85 m2 olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 30 m2, dam örtüyünün yanar konstruksiyaları, bitişik ümumi sahəsi 97 m2 olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin dam örtüyünün yanar konstruksiyaları 2 m2 sahədə yanıb.

Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR