Mənbə: Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü sentyabrın 23-də keçirilə bilər - YENİLƏNİB

Mənbə: Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü sentyabrın 23-də keçirilə bilər - <span style="color: red;">YENİLƏNİB
# 19 sentyabr 2017 15:38 (UTC +04:00)

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda görüşü sentyabrın 23-də keçirilə bilər.

APA-nın xəbərinə görə, bu barədə “İnterfax” diplomatik mənbəyə istinadən məlumat yayıb.

***

16.15

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer sentyabrın 18-dən etibarən həftə ərzində digər həmsədr həmkarları və Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşmək üçün Nyu-Yorkda olacaq.

Bu barədə APA-ya amerikalı həmsədr məlumat verib.

O, görüşlərin hansı tarixlərdə keçiriləcəyini dəqiqləşdirməyib.

Qeyd edək ki, sentyabrın 19-25-də Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində əsas müzakirələr keçiriləcək. Minsk qrupu həmsədrləri sessiya çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü planlaşdırdıqlarını açıqlayıb. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov görüşə razılıq verdiyini bildirib.

Azərbaycan prezidenti İlham Əliyev də sessiyada iştirak etmək üçün Nyu-Yorka səfər edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR