Lənkəranda ev əşyaları ilə birgə yanıb

Lənkəranda ev əşyaları ilə birgə yanıb
# 08 fevral 2017 18:52 (UTC +04:00)

Lənkəranda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Lənkəran rayonu, Gərmətük kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR