İsmayıllı-Qəbələ avtomobil yolunda reyd keçirilib

İsmayıllı-Qəbələ avtomobil yolunda reyd keçirilib
# 11 avqust 2017 10:26 (UTC +04:00)

İsmayıllı-Qəbələ avtomobil yolunda İsmayıllı və Qəbələ rayonlarına gələn yerli və xarici qonaqların təhlükəsizliyinin təmin olunması məqsədilə reyd keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolunun müxtəlif hissələrində 2 saata yaxın davam edən reyd zamanı cərimələri ödəməyən, sənədləri qaydasında olmayan, avtomobili nasaz idarə edən, ötmə əməliyyatını düzgün yerinə yetirməyən sürücülər müəyyən edilib.

Həmin avtomobil sahibləri saxlanılaraq onlara inzibati protokol tərtib olunub. Reyd zamanı minik avtomobillərinin və sərnişin mikroavtobuslarının sürücüləri saxlanılaraq maarifləndirmə işləri aparılıb, təhlükəsizlik qaydaları izah edilib.

Sürücülərə məlumat verilib ki, reydin keçirilməsində əsas məqsəd yol-nəqliyyat hadisələrinin qarşısının alınması, sərxoş sürücülərə qarşı mübarizə və hava şəraitinin isti keçməsi ilə əlaqədar sürücülərin təlimatlandırılması olub.

Reyd Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 4-cü tağımının İsmayıllı rayonundakı 715 saylı postu tərəfindən keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR