Poroşenko Gennadi Moskalı Zakarpat vilayətinin rəhbəri təyin edib

Poroşenko Gennadi Moskalı Zakarpat vilayətinin rəhbəri təyin edib
# 16 iyul 2015 04:33 (UTC +04:00)

Bakı-APA. Ukrayna prezidenti Pyotr Poroşenko Gennadi Moskalı Zakarpat vilayətinin rəhbəri təyin edib.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Pyotr Poroşenko yeni qubernatoru Ujqorodda vilayət və rayon administrasiyaların nümayəndələri ilə görüşündə təqdim edib.

Qeyd edək ki, yeni təyinatından əvvəl Moskal Luqansk vilayətinin hərbi-mülki administrasiyasına rəhbərlik edib.

Qeyd edək ki, Zakarpat vilayətinə həmçinin yeni milis və təhlükəsizlik idarəsinin rəhbərləri də təyin olunub.

Yeni təyinatlar Zakarpat vilayətinin Mukaçevo şəhərində silahlı insidentdən sonra həyata keçirilib.

Gennadi Moskal bundan əvvəl 2001-2002-ci illərdə Zakarpat vilayətinin rəhbəri vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR