Paşha Bank
Bank Of Baku

Ombudsman Aparatı ilə BMT arasında memorandum imzalanıb - FOTO - VİDEO

Ombudsman Aparatı ilə BMT arasında memorandum imzalanıb - FOTO  - VİDEO
# 03 fevral 2022 11:26 (UTC +04:00)

BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

APA xəbər verir ki, tədbirdə hər iki qurumun nümayəndə heyətləri iştirak edib.

Tədbirdə çıxış edən Ombudsman Səbinə Əliyeva memorandumun əhəmiyyətindən söz açıb. O qeyd edib ki, memorandumun əsas məqsədi insan hüquqları, qanunun aliliyi, gender bərabərliyi, ayrı-seçkiliyin qarşısının alınması, yaxşı idarəçiliyin təbliğ edilməsi, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi və insan hüquqları üzrə maarifləndirmənin təşviq edilməsinə dəstək verməkdir. Onun sözlərinə görə, memoranduma əsasən bu sahələr üzrə əməkdaşlığın səmərəli həyata keçirilməsi üçün birgə işçi qrupunun yaradılması nəzərdə tutulub:

"Həmin işçi qrup tərəfindən insan hüquqları sahəsində təhsil və maarifləndirmə, BMT-nin insan hüquqları mexanizmlərinin tövsiyələri ilə bağlı birgə tədqiqatlar, qiymətləndirmə, monitorinq və hesabatların hazırlanması, Ombudsmanın institusional potensialının gücləndirilməsi və “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrasına dəstək üçün insan hüquqları sahəsində digər tədbirlər həyata keçiriləcək".

V.Andreeva qeyd edib ki, memorandum gender bərabərliyi, qanunların aliliyi, təhsil istiqamətində tədbirləri təmin edəcək. O həmçinin bildirib ki, Ombudsman Aparatı təsis olunandan BMT ilə sıx şəkildə işləyir:

" Bu il il iki yubileyi qeyd edirik. Həm Ombudsmanın 20 illiyi, həm də BMT ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın 30 illiyidir. Bu il ərzində əməkdaşlığı səbirsizliklə gözləyirik. Qarşıya qoyulan hədəflərə çatmaq üçün əlimizdən gələni edəcəyik".

Sonda Ombudsman Səbinə Əliyeva və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Anlaşma memorandumu imzalayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR