Şəki sakinini ilan sancıb

Şəki sakinini ilan sancıb
# 04 avqust 2017 13:56 (UTC +04:00)

Şəki rayonunda 40 yaşlı qadını ilan sancıb.


Şəki Mərkəzi Rayon Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Çələbixan qəsəbə sakini, 1977-ci il təvəllüdlü Zeynəb Əliabbas qızı Məmmədova ayağından ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub.

Reanimasiya şöbəsinə yerləşdirilən Zeynəb Məmmədova lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR