Qobustanda sürüşmə aktivləşib, yol bağlanıb

Qobustanda sürüşmə aktivləşib, yol bağlanıb
# 17 oktyabr 2016 15:15 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Son günlər ərzində yağan yağışlar nəticəsində Qobustanda sürüşmə sahələri aktivləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov APA-ya deyib ki, Qobustanda Poladlı sürüşmə sahəsində aktivlik qeydə alınıb. Sürüşmə nəticəsində Poladlı kəndinin girişində yol bağlanıb.

S. Əmiraslanov qeyd edib ki, hazırda digər mövcud sürüşmə sahələrində monitorinqlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR