Rusiya prezidenti: “İŞİD-ə qarşı mübarizə üçün geosiyasi ambisiyalardan və ikili standartlardan imtina etmək lazımdır"

Rusiya prezidenti: “İŞİD-ə qarşı mübarizə üçün geosiyasi ambisiyalardan və ikili standartlardan imtina etmək lazımdır"
# 15 sentyabr 2015 11:32 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “”İslam Dövləti” terror qruplaşması ilə mübarizə aparmaq üçün geosiyasi ambisiyaları bir tərəfə qoymaq və ikili standartlardan imtina etmək lazımdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu bəyanatla Tacikistan paytaxtı Düşənbədə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasında Rusiya prezidenti Vladimir Putin çıxış edib.

“Sadə sağlam məntiq, qlobal və regional təhlükəsizliyə cavabdehlik dünya ictimaiyyətindən bu təhlükəyə qarşı güclərini birləşdirməyi tələb edir. Geosiyasi ambisiyaları bir kənara qoymaq, ikili standartlardan imtina etmək, şəxsi konyuktur məqsədlərinə çatmaq üçün birbaşa və ya dolayısı ilə ayrı-ayrı terrorçu qruplardan istifadə etmək, o cümlədən kiməsə sərf etməyən hökumət və rejimlərin dəyişdirilməsi siyasətindən imtina etmək lazımdır”,-deyə Rusiya prezidenti bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR