Lənkəranda baş verən ağır qəzada ölənin kimliyi məlum olub - FOTO - YENİLƏNİB - VİDEO

Lənkəranda baş verən ağır qəzada ölənin kimliyi məlum olub  - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 03 noyabr 2015 22:25 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə noyabrın 3-də, saat 23:30 radələrində Ələt-Astara magistralının 202-ci kilometrliyində, yolun rayonun Şiləvar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayonun Yuxarı Nüvədi kənd sakini, 1990-ci il təvəllüdlü Ravid Rafiq oğlu Qurbanovun idarə etdiyi “Daewoo” markalı, 90 VF 676 dövlət nömrə nişanlı minik avtomobili Lənkəran şəhər sakini, 1993-cü il təvəllüdlü Şahin Vaqif oğlu Liftizadənin idarə etdiyi “Ford” markalı yük maşını ilə toqquşub.

Güclü zərbə nəticəsində “Daewoo” markalı minik avtomobili deformasiyaya uğrayıb. Hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri xüsusi alətlər vasitəsi ilə avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü və onun yanındakı sərnişini, rayonun Yuxarı Nüvədi kənd sakini, 1991-ci il təvəllüdlü Valeh İsmət oğlu Əhmədzadəni çıxararaq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yola salıblar. Xəstəxanada müxtəlif dərəcəli bədən xəsarətləri almış hər iki yaralıya lazımi yardım göstərilib. Bununla belə, təxminən yarım saatdan sonra sürücü Ravid Qurbanov dünyasını dəyişib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmiş Valeh Əhmədzadənin də vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

***

00:22

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə noyabrın 3-də, saat 23.30 radələrində Ələt-Astara magistralının 202-ci kilometrliyində, yolun rayonun Şiləvar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Ford” markalı yük maşını “Daewoo” markalı, 90 VF 675 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən “Daewoo” avtomobili deformasiyaya uğrayıb. FHN-nin xilasediciləri tərəfindən avtomobildən yaralı vəziyyətdə çıxarılan “Daewoo”-nun sürücüsü və onun sərnişini Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir.

İlkin məlumata görə, xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR