ABŞ "Günəşli" yatağında qəza ilə əlaqədar Azərbaycana kömək təklif edib

ABŞ "Günəşli" yatağında qəza  ilə əlaqədar Azərbaycana kömək təklif edib
# 14 dekabr 2015 13:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. ABŞ-ın xüsusi elçisi və beynəlxalq enerji koordinatoru Amos Hokstayn energetika naziri Natiq Əliyevə başsağlığı məktubu göndərib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, A. Hokstayn “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həyatını itirənlərə dərin hüznlə başsağlığı verərək, xəsarət alanlara şəfa diləyib.

A.Hokstayn həmçinin qəzanın təhlili və bərpa işləri ilə əlaqədar ölkəsinin köməyini də təklif edib: "ABŞ Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi Bürosu hadisənin əsas səbəbinin təhlilində kömək etməyə hazırdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR