Rəsmi Şam Türk əsgərinin Suriyaya girdiyini iddia edib

Rəsmi Şam Türk əsgərinin Suriyaya girdiyini iddia edib
# 14 fevral 2016 21:54 (UTC +04:00)

Bakı-APA. Rəsmi Şam ötən cümə yük maşınları ilə Suriyaya 100 nəfərlik silahlı qrupun daxil olduğunu bildirib. Suriya rəsmilərinin iddiasına görə, onların içərisində "türk gücləri" də var.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Suriya Xarici İşlər Nazirliyindən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına yazılan məktubda bildirilib.

Məktubda həmçinin yük maşınlarında iri çaplı silahların ölkəyə daxil olduğu da iddia edilib.

Bu arada Türkiyə mediası Mardində Suriya ilə sərhəddəki minalı bölgədə xəndək qazıldığını və 3 metr hündürlüyündə beton divar hörüldüyünü yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR