Vyanada Azərbaycan kinosu günü keçiriləcək

Vyanada Azərbaycan kinosu günü keçiriləcək
# 16 sentyabr 2015 08:11 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. "Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Nabat” və “Axınla aşağı” bədii filmlər Avstriyada LET’S CEE Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında nümayiş olunacaq.

Kinostudiyadan APA-ya verilən məlumata görə, hər il Mərkəzi və Şərqi Avropanın yüksək bədii təsviri ilə seçilən filmlərinin yer aldığı festival 1-11 oktyabr tarixlərində Vyanada keçiriləcək.

Oktyabrın 9-da festivalda Azərbaycan kinosu günü keçiriləcək. Həmin gün Azərbaycan filmlərinin nümayişi ilə yanaşı, festivalda iştirak edən avropalı kinoprodüserlər, jurnalistlər və tənqidçilərlə Azərbaycan nümayəndə heyəti üzvlərinin görüşü nəzərdə tutulub.

Kinostudiyadan əlavə ediblər ki, LET’S CEE festivalı yeni layihələri təqdim etmək üçün prodüserlərimizə əlverişli imkan yarada bilər. Bununla əlaqədar prodüserlər festivala qatıla və ya tələb olunan qaydada hazırlanmış prodüser layihələrini Avstriyaya göndərmək məqsədilə “Azərbaycanfilm” kinostudiyasına təqdim edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR