Deputatlığa namizəd müsavatçı: “Müsavatın qərarı yanlışdır və mənə aidiyyəti yoxdur"

Deputatlığa namizəd müsavatçı: “Müsavatın qərarı yanlışdır və mənə aidiyyəti yoxdur"
# 29 oktyabr 2015 15:00 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Mən hesab edirəm ki, Müsavatın parlament seçkilərində iştirakı dayandırmaqla bağlı qərarı yanlışdır. Hətta Arif Hacılının tərəfdarları arasında da bu qərar narazılıqla qarşılanıb”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının üzvü, deputatlığa namizəd Tural Abbaslı deyib. O, Müsavatın üzvü olsa da, partiyanın qərarına heç bir halda əməl etməyəcəyini vurğulayıb: “Mən Müsavat Partiyasının üzvü olsam da, şəxsi təbəbbüsümlə deputatlığa namizədliyimi irəli sürdüyüm üçün bu qərarı icra etmək fikrində deyiləm. Eyni zamanda, hesab edirəm ki, seçkilərdə iştirakı dayandırmaq yersiz və vaxtında verilməyən bir qərar idi”.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə APA-ya açıqlamasında T. Abbaslının namizədliyinin partiya tərəfindən irəli sürülmədiyini deyərək partiyanın son qərarının ona aid olmadığını söyləyib. G. Aslanlı partiyanın seçkilərdə iştirak etməməklə bağlı qərarının Mərkəzi Seçki Komissiyasında (MSK) qəbul edilməməsinə də münasibət bildirib. O, bunun qanunsuz olduğunu və məsələyə dair partiya Divanının növbədənkənar toplantısının keçiriləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR