İmişlidə çoxlu sayda xırdabuynuzlu heyvan zəhərlənərək tələf olub

İmişlidə çoxlu sayda xırdabuynuzlu heyvan zəhərlənərək tələf olub
# 05 yanvar 2016 07:33 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı - APA. İmişli rayonunda çoxlu sayda xırdabuynuzlu heyvan tələf olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Şirinqum adlanan ərazisində məskunlaşan Laçın rayonunun Malıbəy kənd sakini İsaq Nəsib oğlu Rüstəmovun təsərrüfatında qeydə alınıb. İ.Rüstəmov paytaxtda yerləşən baytarlıq apteklərinin birindən qurd əleyhinə "Qelmitsid" preparatı alıb. Təsərrüfat sahibi iddia edir ki, dərmanlar qoyunlara verildikdən sonra onlar arasında kütləvi zəhərlənmə halı müşahidə olunub. Həftə ərzində 30 başa qədər qoyun tələf olub. Təsərrüfat sahibinə xeyli miqdarda ziyan dəyib.

Baş vermiş hadisə ilə əlaqədar Laçın və İmişli rayon Baytarlıq idarələrinin əməkdaşları adı çəkilən şəxsin təsərrüfatında olublar. Tələf olmuş xırda buynuzlu heyvanlardan götürülən nümunələr Respublika Baytarlıq Xidmətinə göndərilib. Eyni zamanda dərman preparatı da laboratoriyaya təqdim edilib. Gün ərzində xırdabuynuzlu heyvanların nədən tələf olduğu aydınlaşacaq. O da qeyd olunur ki, dərmanlar qoyunlara baytar həkiminin təyinatı və iştirakı olmadan verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR