Bakı sakini evində halsız vəziyyətdə tapılıb

Bakı sakini evində halsız vəziyyətdə tapılıb
# 17 oktyabr 2015 01:10 (UTC +04:00)

Bakı-APA. Bakıda bir nəfər mənzildə halsız vəziyyətdə tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bir nəfər bağlı qapı arxasında qalıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 01:43-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR