Rusiya Federasiya Şurasının üzvü: “Dağlıq Qarabağa səfər etməklə bağlı Ermənistanın təklifini nəzərdən keçirəcəyik”

Rusiya Federasiya Şurasının üzvü: “Dağlıq Qarabağa səfər etməklə bağlı Ermənistanın təklifini nəzərdən keçirəcəyik”
# 16 aprel 2016 12:23 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Rusiya yaxın zamanlarda Dağlıq Qarabağa səfərə edərək vəziyyətlə yerindəcə tanış olmaqla bağlı Ermənistanın təklifini nəzərdən keçirəcək”.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu İrəvanda uydurma "erməni soyqırımı" abidəsini ziyarət edən Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Aleksey Kondratyev bildirib. “Erməni tərəfinin bir çox məsələlərdə mövqeyi bizi qane edir və qərarlar yekdilliklə qəbul olunduğu üçün burada işin böyük qismi bizim həmkarlarımızın üzərinə düşür. Biz erməni tərəfinin təklifini həmkarlarımıza çatdıracağıq, birlikdə müzakirə edəcəyik və erməni tərəfi ilə birlikdə bəyanat verəcəyik”, - deyə o, söyləyib.

Qeyd edək ki, aprelin 15-də Ermənistan parlamentinin Müdaifə, təhlükəsizlik və daxili işlər üzrə daimi komissiyasının sədri Koryun Naqapetyan rusiyalı senatorları Dağlıq Qarabağa səfərə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR