AzTV-nin əməkdaşı Dövlət Statistika Komitəsinin mətbuat katibi təyin olunub

AzTV-nin əməkdaşı Dövlət Statistika Komitəsinin mətbuat katibi təyin olunub
# 19 aprel 2016 09:42 (UTC +04:00)

Bakı-APA. Dövlət Statistika Komitəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri - mətbuat katibi vəzifəsinə təyinat olub.

APA-nın məlumatına görə, Komitənin sədri Tahir Budaqovun müvafiq əmri ilə tanınmış telejurnalist Elməddin Quliyev ictimaiyyətlə əlaqələr sektorunun müdiri – mətbuat katibi təyin edilib.

1984-cü il təvəllüdlü E. Quliyev Sumqayıt Şəhər 16 saylı orta məktəbin məzunudur. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində bakalavr, Naxçıvan Dövlət Universitetində isə “Mətbuat tarixi” istiqaməti üzrə magistr təhsili alıb. 2006-2007-ci illərdə Silahlı Qüvvələrdə hərbi xidmət keçdikdən sonra Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin (AzTV) İnformasiya Proqramları Studiyasında müxbir vəzifəsində fəaliyyətə başlayıb. Eyni zamanda elektron və çap mətbu orqanlarında müxtəlif janrlı məqalələrlə də çıxış edib. Ailəlidir, 3 övladı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR