SHXÇDX hərbi qulluqçuları üçün yeni geyim formaları və fərqləndirmə nişanları müəyyənləşdirilib

SHXÇDX hərbi qulluqçuları üçün yeni geyim formaları və fərqləndirmə nişanları müəyyənləşdirilib
# 03 sentyabr 2016 12:33 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

APA-nın məlumatına görə, fərmana əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularına veriləcək kamuflyaj rəngli qış gödəkcəsi və qış şalvarının forması müəyyənləşdirilib.

Fərqlənmə nişanlarında isə dəyişiklik edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR