Qardaşını baltalayan şəxsə hökm oxunub

Qardaşını baltalayan şəxsə hökm oxunub
# 28 aprel 2016 13:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Tofiq Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Tofiq Ağayev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, T.Ağayev qardaşı Faiq Ağayevə 8 dəfə balta zərbəsi endirərək onu öldürüb. F.Ağayev evə sərxoş gəlib və qardaşlar arasında dava düşüb. Nəticədə T.Ağayev qardaşını öldürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR