Rusiya Müdafiə Nazirliyi Suriyada rus əsgərin öldüyünü təsdiqləyib

Rusiya Müdafiə Nazirliyi Suriyada rus əsgərin öldüyünü təsdiqləyib
# 27 oktyabr 2015 12:44 (UTC +04:00)

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, nazirlikdən bildiriblər ki, müqavilə əsasında Hmeymim aviabazasında xidmət edən hərbçi intihar edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

İlkin məlumatlara görə, texniki heyətin üzvü olan həmin hərbçi sevdiyi qızla münasibətlərində yaranmış problem üzündən intihar edib. Onun mobil telefonundakı sms-lərin yoxlanılmasından sonra belə nəticəyə gəlinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR