Bakının Binəqədi rayonunda qətl hadisəsi törədən şəxs saxlanılıb

Bakının Binəqədi rayonunda qətl hadisəsi törədən şəxs saxlanılıb
# 05 yanvar 2016 10:11 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Binəqədi rayonunda qətl hadisəsi törədən şəxs saxlanılıb.


APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 1-də Binəqədi qəsəbəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyiti tapılıb.

Binəqədi rayon 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən qətlə yetirilən şəxsin Neftçala rayon sakini Murad Hüseynov olması müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini İlqar Əhmədov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 1-də qəsəbə ərazisində həmyerlisi Rövşən Ağayevə bıçaqla xəsarət yetirməsi də müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR