Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası hazırlanacaq

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası hazırlanacaq
# 17 mart 2016 19:46 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “ Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən “ Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın Rəyasət Heyəti təsdiq edilib.

Rəyasət Heyətinin sədri baş nazirin müavini Asəf Məmmədov, sədrin müavinləri Naxçıvan fövqəladə hallar naziri Şamo Abdullayev, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev təyin ediliblər. Redaksiya Heyətinin üzvləri Naxçıvan iqtisadiyyat naziri, səhiyyə naziri, rabitə və yeni texnologiyalar naziri, nəqliyyat naziri, kənd təsərrüfatı naziri, ekologiya və təbii sərvətlər naziri, mədəniyyət və turizm naziri, təhsil naziri, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, və Dövlət Statistika Komitəsinin sədrləri, Naxçıvan Dövlət Universitetinin rektoru, Naxçıvan Dövlət Energetika Agentliyinin baş direktoru, AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, Naxçıvan Nazirlər Kabinetinin Aparatının İqtisadiyyat şöbəsinin müdiri, Naxçıvan Dövlət Universitetinin Coğrafiya kafedrasının müdiri təyin ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR