Gəncədə usta elektrik mişarı ilə xəsarət alıb

Gəncədə usta elektrik mişarı ilə xəsarət alıb
# 16 sentyabr 2015 09:30 (UTC +04:00)

Gəncə. APA. Gəncədə usta iş başında xəsarət alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Yevlax rayon sakini Əvəz Əliyev Gəncədə yeni tikililərin birində işləyərkən elektrik mişarı ilə ehtiyatsız davranıb və nəticəsində mişar onun alt çənə və alt dodağını kəsib.

Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən Ə. Əliyevin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR