Tiflisdə "İpək yolu" forumu keçirilir

Tiflisdə "İpək yolu" forumu keçirilir
# 15 oktyabr 2015 10:17 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Gürcüstan baş naziri İrakli Qaribaşvilinin təşəbbüsü ilə yaradılan “İpək yolu” forumu bu gün Tiflisdə öz işinə başlayıb.

APA-nın “apsny.ge” saytına istinadən verdiyi xəbərə görə, forumda Azərbaycan daxil olmaqla, təxminən 30 ölkə, 20 beynəlxalq maliyyə və donor təşkilatlarından olan nümayəndələr iştirak edir.

Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, beynəlxalq tədbir Çin Xalq Respublikası və Asiya İnkişaf Bankının dəstəyi ilə Gürcüstan hökuməti tərəfindən təşkil olunub.

Tədbirdə həmçinin müxtəlif mövzularda təqdimatlar dinləniləcək, şirkət nümayəndələri arasında görüşlər keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR