Azərbaycanın beş rayonunun qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın beş rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 27 may 2015 06:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Tovuz, Şəmkir, Ağdaş, Şamaxı rayonlarında və Bakı şəhəri Xəzər rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, yeraltı və yerüstü qaz xətlərində yaranmış qaz sızmasının ləğvi və yeni çəkilmiş qaz xətləri üzərindəki qaz tənzimləyici qurğuların qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar bu gün saat 9:00-dan işlər başa çatanadək Tovuz, Şəmkir, Ağdaş, Şamaxı rayonlarının bir hissəsinə, həmçinin Bakı şəhəri Xəzər rayonunun Binə, Qala və Buzovna qəsəbələrinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR