ABŞ prezidenti Donald Tramp və Fransanın dövlət başçısı Emmanuel Makron arasında telefon danışığı olub.
APA-nın məlumatına görə, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilir.
“Prezident Donald Tramp bu gün Fransa prezidenti Emmanuel Makronla Suriya və İranla bağlı vəziyyət müzakirə edib”, məlumatda deyilir.