2021-cu ildə dövlət sərhədini pozduqlarına görə 456 nəfər saxlanılıb.
APA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin illlik müşavirəsində qeyd olunub.
O bildirib ki, sərhəd rejimini pozduqlarına görə 4 545 nəfər, axtarışda olan 2154 nəfər, saxta sənədlərlə 227 nəfər, özgəsinə məxsus sənədlə 4 nəfər, gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən 3 nəfər saxlanılıb.
Məlumata görə, sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 3 nəfər yaralanıb, 5 halda 5 nəfər sərhəd pozucusu məhv edilib.