Xaçmazda ev yanıb - YENİLƏNİB

Xaçmazda ev yanıb  - YENİLƏNİB
# 28 fevral 2019 22:20 (UTC +04:00)

Xaçmazda ikimərtəbəli evdə başlayan yanğın söndürülüb.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, İsmayıl Mirzəyevə məxsus evin ikinci mərtəbəsinin 24 kvadratmetri yanıb. Evin digər hissələri yanğından mühafizə olunub və alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR