“Azərbaycanın tarixi – memarlıq irsi gənclərin gözü ilə” rəsm müsabiqəsinin I mərhələsi keçirilib - FOTOSESSİYA

“Azərbaycanın tarixi – memarlıq irsi gənclərin gözü ilə”  rəsm müsabiqəsinin I mərhələsi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 25 may 2015 14:44 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Xəzər Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Gazelli Group və Bakı Biznes Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanın tarixi – memarlıq irsi gənclərin gözü ilə” rəsm müsabiqəsinin I mərhələsi keçirilib.

Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, finala keçəcək iştirakçıların elan olunması məqsədilə həyata keçirilən tədbir müsabiqədə iştirak edən gənclərin rəsm əsərlərinin nümayişi ilə başlayıb.

Rəsmlər qonaqlarda xüsusi marağa və geniş fikir mübadiləsinə səbəb olub.

Tədbirin rəsmi hissəsini layihənin rəhbəri Turanə Zamanova açıq elan edib. Daha sonra finala keçmiş iştirakçıları elan etmək üçün tədbirə dəvət olunmuş qonaqlar səhnəyə dəvət edilib. İlk çıxışları edən Azərbaycanın Xalq Rəssamı Arif Hüseynov, “UASB” Azərbaycan Təmsilçiliyi Rəsm Komitəsinin sədr müavini, Azərbaycan Rəssamlar İttifaqının üzvü İlqar Əkbərov və Əməkdar İncəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev birinci üç finalçını təqdim ediblər. Növbəti iştirakçıları təqdim etmək üçün ardıcıllıqla Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət idarəetməsi və menecment kafedrasının dosenti İbrahimxəlil İbrahimov, Xəzər Universitetinin Xalça Muzeyinin müdiri Afaq Kərimova, Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının innovativ layihələr üzrə direktor müavini, Təsviri Sənət Qalereyasının rəhbəri Kəmalə Cəfərzadə çıxış ediblər.

Tədbirin sonunda layihənin media işləri üzrə nümayəndəsi müsabiqənin tarixçəsi haqqında məlumat verib. Yekunda isə layihənin rəhbəri işçi qrupu, üzv və könüllü tələbələri xüsusi olaraq təqdim etdi və bütün iştirakçı gənc rəssamlara öz təşəkkürünü bildirərək, tədbiri bağlı elan edib.

Layihənin qaliblərin elan olunması və bağlanış mərasimi 6 iyunda Bakı Biznes Mərkəzində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR