“Azərbaycan Dəmir Yolları” QSC-nin stansiyasından oğurluq edən şəxs saxlanılıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin stansiyasından oğurluq edən şəxs saxlanılıb
# 20 mart 2020 14:29 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Hövsan 1” stansiyasının ərazisindən dəmir məhəccərlər oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus Suraxanı rayonunda yerləşən “Hövsan 1” stansiyasının ərazisindən hər birinin uzunluğu 2 metr olan dəmir məhəccərlər naməlum şəraitdə oğurlanıb.

Hadisə ilə bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşlarına məlumat daxil olan kimi oğurluğu törədən şəxsin axtarışlarına başlanılıb. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində dəmir məhəccərlərin Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Aqil Hacıyev tərəfindən törədildiyi məlum olub. Saxlanılaraq Polis Şöbəsinə gətirilən həmin şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib. Qeyd edək ki, A.Hacıyev oğurladığı dəmir məhəccərləri metal qəbul məntəqələrindən birinə dəyər-dəyməzinə satıb.

Qeyd olunan faktla bağlı Sabunçu Xətt Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR