Göygöldə "KamAZ" aşıb, iki nəfər ölüb

Göygöldə "KamAZ" aşıb, iki nəfər ölüb
# 26 may 2018 06:54 (UTC +04:00)

Göygöl rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, "KamAZ" markalı yük avtomobilinin Dozular kəndində dərəyə aşması nəticəsində hadisə yerində bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Xəsarət alan şəxlsərdən Gəncə sakini, 1983-cü il təvəllüdlü Eldar Fərzəliyev xəstəxanaya aparılarkən yolda keçinib. Avtomobilin sürücüsü, Kəlbəcər rayon sakini Zeynalov Əhəd Yusif oğlu isə xəstəxanaya çatdırılıb, vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR