Qaçan məhbuslara kömək etməkdə təqsirləndirilən qadının həbs müddəti uzadılıb

Qaçan məhbuslara kömək etməkdə təqsirləndirilən qadının həbs müddəti uzadılıb
# 06 fevral 2018 11:11 (UTC +04:00)

Xüsusi təyinatlı vaqondan qaçan məhbuslara kömək etməkdə təqsirləndirilərək həbs edilən Günay Atakişiyevanın həbs müddəti uzadılıb.

APA-nın xəbərinə görə, Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə G. Atakişiyevanın həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Məhkəmə təqdimatı təmin edib və onun həbs müddəti 3 ay uzadılıb.

Xatırladaq ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlar Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva və müğənni Fədayə Laçındır. Həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR