Rusiyada yol qəzasında 21 Belarus vətəndaşı xəsarət alıb

Rusiyada yol qəzasında 21 Belarus vətəndaşı xəsarət alıb
# 30 dekabr 2019 10:24 (UTC +04:00)

Rusiyanın Pskov vilayətində yol qəzası baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Minskdən Sankt-Peterburqa hərəkət edən avtobusun sürücüsü idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 21 nəfər xəsarət alıb, onların hamısı Belarus vətəndaşıdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR