Şəkidə pendir istehsalçısı cərimələnib - FOTO

Şəkidə pendir istehsalçısı cərimələnib - <span style="color: red;">FOTO
# 15 iyul 2015 12:49 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə standartlara cavab verməyən pendir istehsalı sexinin fəaliyyəti dayandırılıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki ərazi idarəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki ərazi idarəsinin əməkdaşları yay mövsümünün gəlişi və havaların isti keçməsi ilə əlaqədar isti hava şəraitində tez xarab olan, o cümlədən insan həyatı və sağlamlığı üçün xüsusi təhlükəli xəstəliklər yarada bilən heyvan mənşəli məhsulların istehsal olunduğu sexlərdə monitorinq keçirib. Şəki şəhəri, Fuad Abdurahmanov küçəsində yerləşən, Şəki rayon sakini fiziki şəxs Abidov Xeyrəddin Abid oğluna məxsus pendir istehsalı sexində keçirilən monitorinq nəticəsində sexin antisanitar vəziyyətdə olduğu, avadanlığın istər texniki, istərsə də texnoloji cəhətdən standartın tələblərinə uyğun olmadığı, pendir istehsalı üçün qəbul olunmuş inək südünün mənşəyinin məlum olmadığı, yəni heç bir müşayət sənədinin, keyfiyyətini təsdiq edən uyğunluq sertifikatının olmadığı, məhsul üçün heç bir normativ sənədin və resepturanın olmadığı, istifadə olunan xammal və köməkçi materialların, eləcə də istehsal olunmuş məhsulun uyğunluq sertifikatlarının olmadığı, məhsulun qablaşdırılmasında artıq bir neçə dəfə istifadə olunmuş dəmir qablardan təkrar istifadə olunduğu, qablaşdırılmış məhsulun ümumiyyətlə markalanmadığı müəyyən edilib.

Aşkar olunmuş bu pozuntulara görə sexin fəaliyyəti dayandırılıb, sexin sahibinin inzibati qaydada cərimə olunması barədə qərar verilib. Sex rəhbərliyinə sexin təmir olunaraq standartın tələblərinə uyğunlaşdırılması tövsiyə olunub.

İdarədən APA-ya o da bildirilib ki, insan həyatının və sağlamlığının qorunması, istehlak bazarına qeyri-qanuni yolla istehsal olunmuş mənşəyi və keyfiyyəti məlum olmayan saxta məhsullar istehsalçılarının aşkarlanması istiqamətində monitorinqlər davam etdiriləcək, aşkar olunacaq nöqsanlar barədə hər bir halda ciddi tədbirlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR