İraq ordusu Əl-Anbar vilayətində strateji rayonu İŞİD silahlılarından azad edib

İraq ordusu Əl-Anbar vilayətində strateji rayonu İŞİD silahlılarından azad edib
# 26 avqust 2015 02:36 (UTC +04:00)

Bakı-APA. İraq ordusu könüllülərin köməkliyi ilə Əl-Anbar vilayətində Cbar strateji rayonu İŞİD terror qruplaşmasından azad edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ərəb dilində yayımlayan Amerikanın “Sava” radiostansiyası məlumat yayıb.

“Birləşmiş qüvvələr Hit dairəsində Cbat rayonunu azad etməyə müvəffəq olub”, deyə könüllülər dəstəsinin komandirlərindən biri radioya bildirib.

Qeyd edilən rayonda “Əyn Əl Əsəd” hərbi-hava bazası yerləşir. Bu bazada amerikalı təlimatçılar iraqlı hərbçilərə və könüllülərə hərbi təlim keçir. Anbar əyalətinin qərb hissəsində keçirilən əməliyyatlar Məhz aviabazasından idarə olunur.

İraq ordusu bundan əvvəl iyunun sonunda Cbat rayonunu nəzarətə almışdı, lakin terrorçular qısa müddətdən sonra rayonu yenidən zəbt etmişdi.

Qeyd edək ki, Əl Anbar əyalətinin ən iri Əl Faluca və Ər Rəmadi şəhərləri daxil olmaqla 3/2 hissəsi 2014-cü ilin əvvəlindən İŞİD silahlıların nəzarətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR