ABŞ Dövlət Departamenti: Kerri ilə Zərif arasında danışıqlar məhsuldar olub

ABŞ Dövlət Departamenti: Kerri ilə Zərif arasında danışıqlar məhsuldar olub
# 30 iyun 2015 22:23 (UTC +04:00)

Bakı-APA. İyunun 30-da Vyanada ABŞ dövlət katibi Con Kerri İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

“Bu gün dövlət katibi və İranın xarici işlər naziri arasında İranın nüvə proqramına dair görüş keçirilib. Danışıqlar məhsuldar olub, bu haqda başqa bir söz deyə bilmərəm”, deyə Kirbi bildirib.

Qeyd edək ki, İranın nüvə proqramına dair danışıqların müddəti iyulun 7-dək uzadılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR