Bərdə sakini avtomobilinin təkərini dəyişərkən ağır xəsarət alıb

Bərdə sakini avtomobilinin təkərini dəyişərkən ağır xəsarət alıb
# 05 oktyabr 2017 07:16 (UTC +04:00)

Bakı-Qazax avtomobil yolunun Goranboy rayonu, Dəliməmmədli qəsəbəsindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi xəbərə görə, Bərdə sakini, 1964-cü il təvəllüdlü Məzahir Yusifov İsa oğlu avtomobilinin boşalmış təkərini dəyişdirərkən ağır bədən xəsarətləri alıb. Bildirilir ki, M. Yusifov avtomobilini yolunun kənarında saxlayaraq boşalmış təkəri dəyişməyə çalışıb. Təkərin şininin partlaması nəticəsində dəmir tərkibli metal hissəciklər sürücünün alın və ayaq nahiyələrinə dəyib, nəticədə o, ağır xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən sürücünün vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR