Cənubi Koreyanın baş naziri Azərbaycanda səfərdədir

Cənubi Koreyanın baş naziri Azərbaycanda səfərdədir
# 27 noyabr 2014 08:41 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Cənubi Koreyanın baş naziri Çunq Honq Von Azərbaycanda səfərdədir.

APA-nın xəbərinə görə, səfər zamanı Ç. Honq Von Azərbaycan prezidenti İlham Əliyevlə, habelə baş nazirin I müavini Yaqub Eyubovla görüşəcək.

Görüşlər zamanı ikitərəfli iqtisadi münasibətlərin inkişafı və digər əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Cənubi Koreyanın baş naziri “Azərsu” ASC-də olacaq, habelə Dənizkənarı Milli park, Xalça Muzeyi və İçəri Şəhərlə tanış olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR