Aİ-nin energetika məsələləri üzrə komissarı: “Cənub qaz dəhlizinin tikintisi Avropa üçün prioritet layihədir”

Aİ-nin energetika məsələləri üzrə komissarı: “Cənub qaz dəhlizinin tikintisi Avropa üçün prioritet layihədir”
# 18 noyabr 2014 12:09 (UTC +04:00)

APA-Economics”in İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqının (Aİ) iqlim dəyişiklikləri və energetika məsələləri üzrə komissarı Arias Kanyete bildirib.

“Avropa İttifaqı ölkələri arasında enerji təhlükəsizliyi baxımından ən zəifi Baltikyanı və Şərqi Avropa ölkələridir. Bunun üçün enerji resursları daşıyıcıları və marşrutların diversifikasiyası önəmlidir. Prioritet layihələr arasında Azərbaycan qazının Avropa ölkələrinə çatdıracaq Cənub qaz dəhlizinin tikintisidir”, - deyə avrokomissar qeyd edib.

Bundan başqa, o, Avropa ölkələrinin Norveç və Əlcəzairlə Aralıq dənizi qaz birləşməsinin yaradılması istiqamətində əməkdaşlığına da diqqət çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR