Türkiyə İran və Ermənistanla sərhəd xəttini minalardan təmizləyəcək

Türkiyə İran və Ermənistanla sərhəd xəttini minalardan təmizləyəcək
# 28 oktyabr 2014 07:26 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Türkiyə İran və Ermənistanla sərhəd xəttindəki minaları təmizləməyə hazırlaşır. Bu barədə APA-ya Türkiyənin Daxili İşlər Nazirliyindən məlumat verilib.

Ötən il Avropa Birliyinin sərhəd idarəçiliyi proqramı çərçivəsində sərhəd mühafizəsində yeni sistemlərin tətbiqinə başlayan Türkiyə tərəfi sərhədlərin minaların təmizlənməsi üçün tender elan edərək xarici təşkilatları prosesə cəlb etməyi planlaşdırır. Minatəmizləmə əməliyyatı xarici və yerli şirkətlərin birgə iştirakı ilə həyata keçiriləcək. Bununla bağlı işlərə NATO-nun NSPA Agentliyinin də cəlb edilməsi nəzərdə tutulur.

Yaxın iki il ərzində Türkiyə ayrıca Sərhəd Mühafizə Təşkilatını da yaratmaq niyyətindədir. Hazırda bu istiqamətdə Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin təcrübəsi öyrənilir.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Suriya ilə 900 km-lik dövlət sərhədinin piyada əleyhinə minalardan təmizlənməsi üçün tender elan edib. Tenderə Azərbaycandan ANAMA və “Azairtechservice” şirkəti Türkiyə şirkətinin iştirakı ilə konsorsium şəklində qatılıb və son mərhələyə keçib. Lakin Suriyada vətəndaş müharibəsi ilə əlaqədar olaraq Türkiyə tərəfi sərhəddə minatəmizləmə prosesini təxirə salıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR