Mehdi Hüseynzadə Sloveniyada anılıb - FOTOSESSİYA

Mehdi Hüseynzadə Sloveniyada anılıb - <span style="color: red;">FOTOSESSİYA
# 04 noyabr 2014 12:20 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Respublikasının Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyi İkinci Dünya müharibəsi zamanı keçmiş Yuqoslaviya torpaqlarının azadlığı uğrunda alman faşizminə qarşı döyüşən azərbaycanlı zabit və əsgərlərin əziz xatirələrinin anılması, həmçinin Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin (Mihaylo) ölümünün 70-ci ildönümü ilə bağlı Sloveniyanın Novo Qoritsa şəhərində tədbir keçirib. Səfirlikdən APA-ya verilən məlumata görə, anım mərasimində Sloveniya Müdafiə Nazirliyinin fəxri qaravulu və hərbi orkestri iştirak edib. Azərbaycan döyüşçülərinin dəfn olunduğu memorial abidə kompleksinin qarşısına Azərbaycan hökuməti, ARDNŞ-in Vyanadakı nümayəndəliyi və Sloveniya hökuməti adından əklillər qoyulub.

Tədbirdə Azərbaycan Respublikasının Avstriya, Slovakiya və Sloveniyadakı səfiri Qalib İsrafilovun başçılığı ilə nümayəndə heyəti, Azərbaycan Dövlət Neft Şirkətinin Avstriyadakı nümayəndəliyinin rəhbərliyi, Sloveniya Müdafiə Nazirliyinin nümayəndələri, Nova Qoritsa şəhər meriyasının rəhbərliyi, Sloveniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və hərbi attaşeləri, Sloveniya parlamentinin üzvləri, siyasi-ictimai xadimlər və yerli sakinlər iştirak ediblər.

Mərasim zamanı çıxış edən natiqlər Azərbaycan əsgər və zabitlərinin göstərdiyi şücaət qarşısında baş əyərək və bu qəhrəmanlığı Sloveniya xalqı heç bir zaman unutmayacağını söyləyiblər. Səfir Qalib İsrafilov öz çıxışında Azərbaycan döyüşçülərinin əziz xatirələrinə yüksək dəyər verdikləri üçün Sloveniya xalqına Azərbaycan hökuməti və xalqı adından dərin minnətdarlığını bildirib.

Daha sonra tədbir Trnovo Mədəniyyət Evində davam etdirilib. Tədbirdə Trnovo şəhərin meri, xanım Kersin Podqornik, Sloveniya parlamentinin üzvü, xanım Miriyam Bonklanşçek, Azərbaycan Respublikasının Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev və Azərbaycan-Sloveniya Dostluq Cəmiyyətinin sədri İvan Başın çıxış ediblər.

Sonda yüksək qonaqların şərəfinə ziyafət verilib. Məşhur Azərbaycan bəstəkarlarının əsərləri Sloveniya Filarmoniyasının musiqi nümayəndələri tərəfindən ifa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR