Beynəlxalq Valyuta Fondu 2014-cü ildə Azərbaycanda ÜDM-in 4%, 2015-ci ildə isə 3% artacağını proqnozlaşdırır - FOTO

Beynəlxalq Valyuta Fondu 2014-cü ildə Azərbaycanda ÜDM-in 4%, 2015-ci ildə isə 3% artacağını proqnozlaşdırır - <span style="color: red;">FOTO
# 27 oktyabr 2014 13:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) 2014-cü ildə Azərbaycanda ÜDM-in 4%, 2015-ci ildə isə 3% artacağını proqnozlaşdırır.

APA-Economics” xəbər verir ki, bu barədə BVF-nin Azərbaycanda səfərdə olan missiyasının rəhbəri Raca Almarzoqi məlumat verib.

R. Almarzoqi deyib ki, neft hasilatının bir qədər azalması, ehtiyatlı büdcə-vergi siyasəti və zəruri olan makro-prudensial sərtləşmə tədbirləri nəticəsində qeyri-neft sektorunda artım səngiyəcək.

Missiyanın 2015-ci ilin büdcəsində fiskal konsolidasiyanı davam etdirərək fiskal davamlılıq istiqamətində əldə edilən son irəliləyişləri dəstəkləməyi tövsiyyə edir.

Onun sözlərinə görə, neftin qiyməti büdcədə ehtiyatlı ehtimal olaraq bir barelə görə 90 dollar nəzərdə tutulsa da, beynəlxalq tədbirlərlə bağlı olan xərc öhdəlikləri fiskal imkanları məhdudlaşdırır.

Missiya rəhbəri bildirib ki, gələcəkdə neftin qiyməti daha əlverişsiz olarsa, bu xərclərin azaldılmasının nəzərdən keçirilməsi üçün əsas ola bilər: “Bununla belə, büdcə təbii qaz ixracının coğrafi baxımdan şaxələnməsini dəstəkləyəcək xərcləri nəzərə ala bilməlidir. Dövlət xərcləri və maliyyə hesabatlılığı üzrə yeni qiymətləndirmənin (PEFA) tamamlanması dövlət xərclərinin səmərəliliyinin daha da artırılması üçün yol açacaq”.

R. Almarzoqi əlavə edib ki, valyuta məzənnəsi geniş ehtiyatlara söykənən pul siyasətinin sabitlik dayağı kimi qalmaqdadır. “Tədricən çevik valyuta məzənnəsinə keçid maliyyə bazarının inkişafına rəvac verə bilər. İstehlak kreditlərinin artım tempinin daha çox səngidilməsi, banklarda davam edən kapitallaşmanın maliyyələşdirilməsi və Azərbaycan Beynəlxalq Bankının restruktruizasiyası bank sisteminin təsirlərə qarşı həssaslığını azaldacaq”, - deyə BVF rəsmisi vurğulayıb.

Missiya rəhbəri həmçinin qeyd edib ki, işgüzar mühitin yaxşılaşdırılması iqtisadiyyatın şaxələndirilməsində həlledici əhəmiyyət kəsb edir və dövlət investisiyalarının bazar iqtisadiyyatına əsaslanan özəl yatırımlarla əvəz edilməsində zəruridir. “Prioritet məsələlərə rəqabət və ticarət qarşısındakı maneələrin aradan qaldırılması üçün tədbirlərin görülməsi, həmçinin korrupsiyaya qarşı mübarizə proqramlarının əhatə dairəsinin genişləndirilməsi daxildir”, - deyə R. Almarzoqi bildirib.

Qeyd edək ki, Azərbaycan hökuməti ÜDM artımını 3,4% səviyyəsində proqnozlaşdırır. Xatırladaq ki, 2013-cü ildə Azərbaycanda iqtisadi artım 5,8% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR