Azərbaycan mədəniyyəti BƏƏ Mədəniyyət Mərkəzində təbliğ olunacaq

Azərbaycan mədəniyyəti BƏƏ Mədəniyyət Mərkəzində təbliğ olunacaq
# 03 oktyabr 2014 15:06 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Noyabr ayında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Mədəniyyət Mərkəzinin açılış mərasimi keçiriləcək.

Mərkəzin rəhbəri, bəstəkar Tural Bayraməliyevin APA-ya verdiyi məlumata görə, mərkəzdə müxtəlif ölkələrlə yanaşı, Azərbaycan mədəniyyətinin təbliği məqsədilə mütəmadi tədbirlər keçiriləcək. Mərkəzin açılışından sonra I Muğam Festivalına start veriləcək.

Dubayda keçirilməsi nəzərdə tutulan festivalda peşəkar muğam ifaçılarının ifaları nəzərdə tutulub. Festival çərçivəsində rəsm əsərlərindən ibarət sərgi nümayiş olunacaq. Açılışda Azərbaycanın bir sıra ictimai xadimləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak edəcək. Keçiriləcək festivallar davamlı olacaq və gələcəkdə milli Azərbaycan operalarının nümayişi də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR