Şimali Koreyada həbs edilən amerikalılardan biri azadlığa buraxılıb

Şimali Koreyada həbs edilən amerikalılardan biri azadlığa buraxılıb
# 21 oktyabr 2014 19:47 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 56 yaşlı Ceffri Foul bu ilin mayında qeyr-qanuni hərəkətlərə görə həbs edilmişdi.

ABŞ KİV-ləri onun missioner fəaliyyəti ilə məşğul olduğu, Şimalı Koreyanın Çonqcin şəhərinin dəniz klubunda İncili qoyub getdiyini vurğulayırlar.

“Bu müsbət qərardır. Biz Şimalı Koreyanı Kennet Be və Metyu Milleri də sərbəst buraxmağa çağırırıq”, deyə ABŞ administrasiyasının nümayəndəsi Coş Ernest bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR