Rusiyanın Nigeriyadakı səfirliyi: “Saxlanılan təyyarəyə Rusiyaya məxsus deyil”

Rusiyanın Nigeriyadakı səfirliyi: “Saxlanılan təyyarəyə Rusiyaya məxsus deyil”
# 06 dekabr 2014 23:34 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Nigeriyadakı səfirliyi mətbuatda Rusiya təyyarəsinin Mərkəzi Afrika Respublikasından (MAR) Çada sənədləşdirilməmiş silah daşıması barədə yayılmış məlumatı təkzib edib. Bu barədə APA-“TASS”-a istinadən xəbər verir.

“Nigeriyada saxlanılan təyyarə Rusiyaya məxsus deyil, həmçinin təyyarənin heyəti də rusiyalılardan ibarət deyil”, deyə səfirlikdən bildirilib.

Bundan əvvəl Nigeriya ordusu göyərtəsində çoxlu silah-sursat olan Rusiyaya məxsus yük təyyarəsinin saxlanıldığını bildirib.

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, sənədləşdirilməmiş silah Mərkəzi Afrika Respublikasından (MAR) Çada aparılacaqmış.

Təyyarənin göyərtəsində lazımi qaydada sənədləşdirilməmiş helikopterlərin, avtomobillərin və digər hərbi texnikanın olduğu bildirilir.

Təyyarə Nigeriyanın şimalındakı Kano şəhərinin aeroportunda saxlanılır, ekipajın bütün üzvləri həbs olunub. Faktla bağlı istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR