Sumqayıt sakini özündən 11 yaş kiçik həmyerlisini baltalayaraq öldürüb

Sumqayıt sakini özündən 11 yaş kiçik həmyerlisini baltalayaraq öldürüb
# 08 fevral 2017 15:42 (UTC +04:00)

Sumqayıtda dəhşətli qətl törədilib.

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Corat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Rüfət Salman oğlu Quliyev aralarında yaranmış mübahisə zəminində, tanışı, Sumqayıt şəhəri 48-ci məhəllə sakini, 1983-cü il təvəllüdlü Ramiz Yunis oğlu Hətəmovu başından balta ilə vuraraq öldürüb.

Hadisəni törədən R. Quliyev saxlanılıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR