Kərkükdə baş verən üç partlayış nəticəsində 15 nəfər ölüb

Kərkükdə baş verən üç partlayış nəticəsində 15 nəfər ölüb
# 23 avqust 2014 20:54 (UTC +04:00)

Bakı-APA. İraqın Kərkük şəhərində bir birinin ardınca üç terror aktı törədilib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 15 nəfər ölüb, 60 nəfər xəsarət alıb.

Shafaq News portalının məlumatına əsasən, terrorçular minalanmış avtomobillərdən istifadə edib. Digər təfərrüatlar barədə hələlik məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR